Haqqımızda
PHOMİ ilə gələcəyə addım atın
Üstünlüklər

PHOMI məhsulları, hər şeydən əvvəl, çox yönlülük, ekoloji təmizlik və iqtisadi faydalar təqdim edir.

Təhlükəsiz və Ekoloji Təmiz Həllərlə Dayanıqlı Gələcəyə:

Çox Yönlülük
Həm daxili, həm də xarici fasad üzləməsi üçün eyni dərəcədə uyğundur və həmçinin döşəmə, tavan,pilləkən örtüyü materialı kimi də istifadə olunur.
Yüngüllük və İncəlik
PHOMI materialları elastiklik və yüngüllüklə yanaşı, keramika və ya kərpic üzləməsindən daha davamlıdır.
Geniş Kolleksiya Seçimi
Ən cəsarətli ideyalar üçün 400-dən çox tekstura, ölçü və rəng seçimi təklif edir.
Alov və Su Müqaviməti
Xarici səth üzləməsi kimi kamin və hovuz ətrafında istifadə edilə bilər.
Ekoloji Təmizlik
Tərkibində heç bir kimyəvi maddə tərkibində yoxdur. %100 modifikasiya olunmuş gildən ibarətdir. Avropa, ABŞ və Çin kimi ölkələrdə 15 ekoloji sertifikata malikdir.
Asan Quraşdırma
Quraşdırma üçün əlavə bərkidicilərə, profilli alt sistemlərə və ya mürəkkəb hazırlığa ehtiyac yoxdur.
PHOMI MCM GROUP MCM («modified clay material» — modifikasiya olunmuş gil materialı) sənayesinin banisidir.

PHOMI iki Çin sözünün birləşməsidir: “Fu” — xoşbəxtlik və “Mei” — gözəllik. Bu adı seçməklə, MCM-in ixtiraçısı PHOMI-dən istifadə edən hər kəsin xoşbəxt olmasını və evlərinin gözəl olmasını arzulayıb.

Biz kimik?
Haqqımızda

PHOMI məhsullarının Azərbaycanda eksklüziv distribyutoru olan PHOMI Azerbaijan-a xoş gəlmisiniz.

PHOMI şirkətinin mükəmməlliyə, innovasiyaya və təhlükəsizliyə sadiqliyi beynəlxalq sənaye sertifikatlarının əldə olunması istiqamətində göstərilən ardıcıl və sistemli fəaliyyətlə sübuta yetirilmişdir. İstehsal edilən eko-innovativ materiallar çoxmərhələli laborator və performans sınaqlarından keçirilmiş, SGS və Intertek kimi nüfuzlu beynəlxalq sertifikasiya qurumları tərəfindən təsdiq edilmişdir. Bu təsdiqlər PHOMI materiallarının təhlükəsizlik, dayanıqlılıq və ekoloji uyğunluq göstəricilərinin qlobal standartlara cavab verdiyini, hətta bir çox hallarda onları üstələdiyini nümayiş etdirir.

İnnovativ eko-materiallar sahəsində elmi-tədqiqat yönümlü yanaşmanı əsas prioritet kimi müəyyən edən PHOMI, modifikasiya olunmuş gil əsaslı kompozit materialların AR-GE (Tədqiqat və İnkişaf) və sənayeləşmə prosesində qabaqcıl mövqeyə malikdir. 2018-ci ildə şirkət öz inqilabi texnologiyası üzrə patent hüququ əldə edərək sektor daxilində texnoloji liderliyini rəsmiləşdirmişdir. Bu texnologiya materialların mexaniki möhkəmliyini artırmaqla yanaşı, onların yanğına davamlılıq, istilik və səs izolyasiyası kimi funksional göstəricilərini də optimallaşdırır.

PHOMI məhsulları ilə tərəfdaşlığımız bizə beynəlxalq təhlükəsizlik sınaqlarından uğurla keçmiş, sertifikatlaşdırılmış və ekoloji baxımdan təhlükəsiz geniş çeşiddə gil əsaslı materiallar təqdim etmək imkanı yaradır. Ənənəvi tikinti və sənaye tətbiqlərindən tutmuş müasir memarlıq və dizayn həllərinə qədər bütün məhsullarımız həm iqtisadi səmərəlilik, həm də sosial və ekoloji məsuliyyət prinsiplərinə əsaslanır.

Azərbaycanda PHOMI məhsullarının eksklüziv distribyutoru olaraq, biz keyfiyyət, təhlükəsizlik və dayanıqlılıq standartlarından güzəştə getmədən ekoloji cəhətdən təmiz və innovativ həllər təqdim etməyi strateji missiyamız hesab edirik. PHOMI-nin patentləşdirilmiş və beynəlxalq səviyyədə sertifikatlaşdırılmış materialları ilə daha yaşıl, daha təhlükəsiz və daha dayanıqlı gələcəyin qurulmasına qoşulun.

Bu ekoloji innovasiyaların transformativ potensialını kəşf etmək üçün bizimlə əlaqə saxlayın və birlikdə elmi əsaslara söykənən, dayanıqlı və məsuliyyətli bir sabah inşa edək.

PHOMI
Suallarınız var? Bizimlə əlaqə saxlayın
Ünvan: Bakı Şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan 200
İş vaxtları:

Bazar ertəsi - Cümə: 09:00 - 18:00
Şənbə: 09:00 - 13:00
Bazar: İş günü deyil